Accessibility links

Şimali Koreya liderinin iflic olduğu ehtimal edilir


Şimali Koreya rəsmilərinin sözlərinə görə, Kim Conq İlin səhhətində heç bir problem yoxdur. Ölkədə ali liderin səhhətinin pisləşməsi ilə bağlı şaiyələr gəzməkdədir. Cənubi Koreya kəşfiyyat xidməti inanır ki, cənab Kim iflicdən əziyyət çəkir. Şimali Koreyanın ikinci ali lideri Kim Yonq Nam Yaponiyanın Kyodo xəbər agentliyinə bildirib ki, liderə heç nə olmayıb. Ölkənin diplomatının sözlərinə görə, cənab Kimin ciddi xəstə olması ilə bağlı xəbərlər konspirasiyadır. Ancaq Cənubi Koreya qanunvericisi Von Hye-Yunq deyir ki, kəşfiyyat xidməti parlamentə Şimali Koreya liderinin iflic olması və onun sol tərəfinin hərəkətsiz hala gəlməsi barədə məlumat verib.


XS
SM
MD
LG