Accessibility links

Sentyabrın 11-i terror aksiyalarından 7 il keçir


Bu gün ABŞ prezidenti Corc Buş sentyabrın 11-i terror aksiyalarının 7-ci ildönümü münasibətilə Ağ Evdə təşkil edilən mərasimdə bir dəqiqəlik süküt elan edib. Süküt 2001-ci ildə terrorçuların iki sərnişin təyyarəsini Nyu Yorkda Dünya ticarət mərkəzinə vurduğu an-yerli vaxtla səhər saat 8:46-da elan edilib. Pentaqon, Pensilvaniya və Nyu York hücumları nəticəsində dünyanın 90 ölkəsindən 3 minə yaxın insan həyatını itirmişdi. ABŞ dövlət başçısı bu gün Pentaqonda həlak olan 184 insanın xətirəsini nitqlə anıb. ABŞ prezidentliyinə demokrat və respublikaçı namizədlər Barak Obama və Con Makkeyn bu gün kampaniyalarına fasilə verib.


XS
SM
MD
LG