Rusiya prezidenti Dmitri Medvedev bu yaxınlarda onun dediyi kimi, dünyada nüfuz dairəsinə görə üstünlük iddiasından danışaraq, super dövlət ABŞ-ın dünya işlərində dominant rol oynadığı bir qütblü dünya konsepsiyasını rədd etdi. Amerikanın səsinin müxbiri Cudit Latam Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan jurnalistlərilə Rusiyanın keçmiş Sovet İttifaqı məkanında yaranmış müstəqil dövlətlərdə nüfuz üstünlüyü məsələsini müzakirə edib.
Rus jurnalisti Maşa Lipman Karneqi Mərkəzinin Moskva ofisinin nəşr etdiyi Pro və Kontra adlı dərginin redaktorudur. O deyir ki, Rusiya Qafqazda münaqişəyə Gürcüstanın Cənubi Osetiyanın işğalı perspektivindən baxır. Onun sözlərinə görə, bu, Rusiyanın müqaviməti üçün ən yaxşı bəhanə idi.
Maşa Lipmanın dediyinə görə, Rusiyanın bir zamanlar SSRİ-yə daxil olan ölkələrdə təsiri var və Rusiya qərbə nə güzəştə getmək, nə də ki, qərbin hədələrindən qorxmaq əhvalında deyil.
Lipmanın bildirdiyi kimi, Rusiyanın cavabı keçmiş prezident, hazırda baş nazir Vladimir Putinin illərdir “Rusiya Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasına imkan verməyəcək” sözlərinin əməldə baş verməsidir. Jurnalistin fikrincə, qərb ölkələri buna əhəmiyyət verməyərək, Rusiyanın bir yolla bunu etməyəcəyini düşünürdülər.
Maşa Lipmanın dediyinə görə, Rusiya indi qərbin maliyyə qurumlarından az asılıdır və bu da onun qərbin buna necə cavab verməsindən asılı olmayaraq, müstəqil şəkildə hərəkət etməsinə imkan yaradıb.
Lipman Gürcüstanda baş verənlərin ABŞ-ın gücünün məhdud olduğunu nümayiş etdirərdiyini deyərək qeyd edir ki, Vaşinqton öz müttəfiqi Mixail Saakaşviliyə nəzarət edə bilmədiyi halda, onu nəticələrdən də qorumaq iqtidarında deyil.
Jurnalist Ukraynada da vəziyyətin kövrək olduğunu deyir. O, Moskva və Kiyev arasında da gərginliyi qeyd edərək, diqqəti keçən ay prezident Viktor Yuşşenkonun Rusiyanın Qara dənizdə Sevastopolda dəniz donanmasının hərəkət etməsinə məhdudiyyətlər qoyulması haqda sərəncamına çəkir. Ukraynalı jurnalist Yevhen Hlibovitski deyir ki, adamlar Moksvanın narahatlığının əsasında Ukraynanın NATO-ya üzvlüyü məsələsi olduğuna skeptik yanaşırlar.
Onun sözlərinə görə,NATO məsələsi əsas məsələ kimi gündəmdə deyilsə, o zaman başqa məsələlər ortaya çıxacaq. Hlibovotski deyir ki, hazırda əsl pasport müharibəsi gedir. Onun bildrdiyinə əsasən, Rusiyanın Abxaziyada və Cənubi Osetiyada olduğu kimi, Krımda və Trans-Dnestrdə yaşayan vətəndaşlara Rusiya pasportları və öz vətəndaşlığını verdiyi deyilir.
Lakin Ukraynada, Gürcüstandan fərqli olaraq, prezident Yuşenkoya dəstək güclü olsa da, NATO-ya üzvlüyə böyük dəstək verilmir. Rustavi-2 stansiyasından müstəqil jurnaslit David Nikuradze deyir ki, gürcü xalqı Rusiyanın regionunda dominantlığına qarşı bir mövqedən çıxıxş edir.
Onun sözlərinə görə, heç kəs bu gün Sovet İttifaqını yenidən görmək istəmir. “Gürcüstan müstəqil dövlətdir və Birləşmiş Ştatlar, Avropa Birliyi, ya da NATO ilə dost olub-olmamağı gürcü xalqı özü həll edir.”-deyə o bildirir. David Nikuradze deyir ki, əsas məsələ Moskvanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyini qəbul etməsindən ibarətdir.
Gürcüstanın qonşusu Azərbaycanda isə regionun geo-siyasi vəziyyətinə baxış fərqlidir. Müstəqil jurnalist Şahin Abbasov prezident İlham Əliyevin nə Rusiyanın lehinə, nə də əleyhinə rəsmi mövqe bildirməyərək, hökumətin qərb və Rusiya arasında balans saxlamağa üstünlük verdiyini deyir. Keçən həftə ABŞ vitse-prezidenti Dik Çeyni Azərbaycanı Trans Xəzər kəmərilə bağlı rəsmi Vaşinqtonun mövqeyini dəstəkləməyə razı salmaq üçün Bakıda idi.
Şahin Abbasovun fikrincə, hökumət Gürcüstan ətrafında vəziyyətin hansı istiqamətdə inkişaf etməsindən asılı olaraq, vaxt qazanmaq istəyir.
Digər tərəfdən, Şahin Abbasovun sözlərinə görə, Cənubi Osetiyanın müstəqilliyi məsələsinə gəldikdə, Azərbaycanda ictimai fikir Gürcüstanın tərəfindədir. O bunu Azərbaycanın özünün ərazisində etnik ermənilərin əksəriyyət təşkil etdiyi Dağlıq Qarabağla bağlı problemin mövcuduluğu ilə izah edir. Lakin Şahin Abbasov qeyd edir ki, ən mühümü Azərbaycanın Rusiyanın təzyiqləri qarşısında olduqca körək olmasıdır.
ABŞ Dövlət katibinin yardımçısı Daniyel Frid deyib ki, Rusiyanın Avropada yeni sərhəd yaratmasına imkan vermək olmaz. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Karl Levin bildirib ki, Vaşinqton Rusiyaya qonşuların suverenliyinin əlindən alınması ilə nəticələnən nüfuz dairəsi haqda iddiların qəbuledilməz olduğunu çatdırmaq və eyni zamanda Rusiya ilə hər iki ölkənin strateji maraqlarını əhatə edən sahələrdə əməkdaşlığı davam etdirmək arasında düzgün balans yaratmalıdır.