Accessibility links

D.Medvedyev: "Gürcüstan NATO-nun üzvü olsaydı da hərbi əməliyyatları həyata keçirəcəkdik"


Rusiya prezidenti Dmitri Medvedyev deyir ki, Gürcüstan NATO-nun üzvü olduğu halda belə bu ölkəyə qarşı hərbi əməliyyatları həyata keçirəcəkdi. Rusiya lideri xarici siyasət ekspertlərinin toplantısında bildirib ki, Gürcüstanın NATO-ya üzvlüyə namizəd olub-olmamasından aslı olmayaraq Moskva eyni üsulla reaksiya verəcəkdi. O, habelə Gürcüstanın Cənubi Osetiya regionunu yenidən ələ keçirmək cəhdlərini 2001-ci il 11 sentyabr ABŞ-a terror hücumları ilə müqayisə edib. NATO-nun aprel ayında Buxarestdə keçirilən sammitində Gürcüstanın üzvlük prosesinə başlaması ilə bağlı danışıqlar ilin sonuna kimi təxirə salınmışdı.

XS
SM
MD
LG