Accessibility links

Ayk qasırğası Hyuston istiqamətində hərəkət edir


Rəsmilərin bildirdiyinə görə, Texas ştatının körfəz bölgələrində yaşayan insanlar Ayk qasırğasının bu yerlərə çatmasından öncə evakuasiya olmasalar, ölüm təhlükəsi qarşısında ola bilərlər.

Qasırğanın bu günün sonu, ya da şənbə günü səhər Texasın sahil bölgələrinə çatacağı gözlənilir. ABŞ-ın Milli Qasırğa mərkəzindən verilən məlumata görə, Ayk nəhəng dalğalar yaradaraq, sahil bölgələrində suyun normal səviyyədən altı metr yüksək səviyyəyə çatmasına səbəb ola bilər.

Hyustondan cənubda məcburi evakuasiya elan edilib. Sinoptiklərin bildirdiyinə görə, Aykın hazırkı trayektoriyası onun düz Amerikanın dördüncü ən böyük şəhəri olan Hyuston istiqamətində hərəkət etdiyini göstərir. Prezident Buş Texas ştatında fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG