Accessibility links

ABŞ prezidentliyinə namizədlər seçkiqabağı kampaniyalarını bərpa ediblər


ABŞ prezidentliyinə Respublikaçı və Demokrat namizədlər, Con Makkeyn və Barak Obama seçkiqabağı kampaniyalarını bu gün bərpa ediblər. 2001-ci il sentyabrın 11-i terror aksiyalarının ildönümü münasibəti ilə bir günlük fasilədən sonra senator Makkeyn iki populyar televiziya şousunun qonağı olub. Arizonalı veteran qanunverici prezident Buşun yardımı ilə Oklahomada keçiriləcək vəsait toplanışı mərasimində iştirak edəcək. Demokrat senator Braka Obama isə bu gün və sabah Nyu Həmpşir ştatında kampaniyalar aparcaq. Rəy sorğularına görə, Con Makkeyn Alyaska qubernatoru Sara Peylini vitse-prezidentliyə namizəd göstərdikdən sonra ona verilən dəstək artıb.

XS
SM
MD
LG