Accessibility links

Ayk qasırğası Texası vurdu


Ayk qasırğası ABŞ-ın 4-cü ən iri şəhəri Hyuston şəhəri üzərindən keçdikdən sonra ərazidə böyük dağıntılara səbəb olub. Son məlumatlara görə Texasın Meksiko körfəzi sahilləri boyunca iri əraziləri su basıb. Bugün Hyuston və Qalveston şəhərlərində bir milyondan çox adam işıqsızdır. Xilasedici komandalar dünən gecədən pis hava şəraiti üzündən əməliyyatlara fasilə verdikdən sonra, bugün fəaliyyətlərini bərpa ediblər. Onlar Qalvestonda evakuasiya əmrinə riayət etməmiş minlərlə adamın taleyindən narahatdırlar. Qalvestonun böyük hissələri qasırğadan sonra su altındadır. Saatda 175 kilometr sürətə malik küləklər elektrik xəttlərini qırmış və yanğınlar törətmişdir. ABŞ Prezidenti Corc Buş Ayk qasırğasını nəhəng tufan adlandıraraq əraziyə federal rəsmilər göndərmişdir.
XS
SM
MD
LG