İranın təhlükəsizlik qüvvələri Azərbaycanlı fəallara qarşı həbs əməliyyatlarını davam etdirir. “oyrenci.com” saytı, və “Əmir Kəbir” xəbər səhifəsinin xəbərlərinə görə, dünən Kərəc şəhərində yaşayan Azərbaycanlı insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat həbs edib. Bu haqda məlumat “Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin” yaydığı bəyanatda da yer alıb.
Həmin qaynağın bildirdiyinə görə, cənab Rəhiminin həbsi onun son 2 ayda tutulan Azərbaycanlı fəallar haqda “Amerikanın Sesi” və “Farda Radiosu”na məlumatlar ötürürmesi ilə bağlı ola bilər.