Gürcü polis işçisi
separatçı Abxaziya regionu yaxınlığında güllə ilə vurularaq öldürülüb.
Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili deyib ki, polis bu gün
Abxaz yoxlanış məntəqəsi istiqamətindən açılan atəşlər nəticəsində dünyasını
dəyişib. İnsident Fransanın vasitəçiliyi ilə əldə edilən razılaşmanın bir
hissəsi kimi Rus qüvvələrinin Gürcüstanın qərb bölgələrindən mövqelərəini tərk
etdiyi zaman baş verib. Gürcü rəsmilər rus qoşunlarının Qara dəniz liman şəhəri
Potini tərk etməsi barədə məlumatı təsdiq edib. Gürcüstanın Cənubi Osetiya
regionunda nəzarəti yenidən ələ keçirməyə çalışmasından sonra Rusiya ordusu
qonşusuna təzyiq göstərir. Kreml Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini
tanıyıb.