Accessibility links

Boliviyada çaxnaşmalara son qoyulmasına səslənilir


Boliviya hökuməti və aparıcı müxalifət nümayəndəsi ölkədə fövqəladə vəziyyətin elan olumasına gətirib çıxaran çaxnaşmalardan sonra sakitliyə çağırıb. Tariha vilayətinin qubernatoru Mario Kossio bugün paytaxt La Paz-da hökumət rəsmiləri ilə görüşdükdən sonra sülhə çağırıb. Kossio Boliviya paytaxtına solçu prezident Evo Moralesin sosialist islahatlarına qarşı çıxan qubernatorlar qrupunun təmsilçisi qismində getmişdi. Cənab Moralesin planlarına qarşı etiraz nümayişləri bu həftə zorakı xarakter aldı. Pando vilayətində Morales tərəfdarları və müxalifətçilər arasında baş verən toqquşmalarada azı 15 adam həlak olub. Zorakılıqların ardınca prezident Evo Morales fövqəladə vəziyyət elan edərək əraziyə qoşun göndərib.

XS
SM
MD
LG