İraqın
Diyala vilayətində 2 yolkənarı bomba partlayışı nəticəsində 5 polis işçisi
həlak olub, digər 5 nəfər isə xəsarət alıb. İraq polisi deyir ki, hər iki bomba
polis patrolu keçən zaman baş verib. Başqa bir məlumata görə, baş nazir Nuri
Əl-Maliki dünən Mosulda jurnalistlərin oğurlanaraq öldürülməsini araşdırmaq
üçün təhqiqat komissiyasının yaradılmasına sərəncam verib. İraqın Əl-Şərqiyyə
telekanalının rəsmiləri deyir ki, 4 jurnalist reportaj hazırlamağa gedərkən
Mosul şəhərinin Əl-Zəncili məhəlləsində qətlə yetirilib. Hadisədən bir az sonra
reportyorların cəsədləri elə həmin ərazidən tapılıb. Ölənlər arasında
telekanalın Mosul bürosunun rəhbəri, 2 kameraman və bir sürücü var idi.