Zimbabve
dövlət mediası xəbər verir ki, Prezident Robert Muqabenin ZANU-PF partiyası və
müxalifət 31 üzvlük kabinet formalaşdırmağı müzakirə edirlər. Hakim partiyanın politbürosu ötən həftə
tərəflər arasında hakimiyyət bölgüsünü nəzərdə tutan razılığı təsdiq edib. Partiyalar rəsmən sazişi sabah
imzalayacaqlar. Detallar hələlik
açıqlanmayıb, lakin deyilənlərə görə 31 portfellik kabinetdə 16 vəzifə
müxalifətə veriləcək. Prezident Muqabe
ilə ana müxalifət lideri Morqan Çanqiray arasındakı danışıqlara Cənubi Afrika
prezidenti Thabo Mbeki vasitəçilik edib.