Accessibility links

Zəncanlı tələbələr zaminə buraxıldı


"Azo" və "Oyrenci news" xəbər saytlarının məlumatına görə, keçən ay İranın təlükəsizlik qüvvələrinin həbs etdiyi Zəncan Universitetinin İslami Tələbə Birliyinin katibi Bəhram Vahidi 200 milyon tümən girov müqabilində zaminə buraxılıb. "Arman Azer" xəbər saytı eyni məbləğdə vəsaitlə Surna Haşiminin azad edildiyini bildirir. Onunla bir vaxtda həbs olunan Peyam Şəkiba isə 150 milyon tümən girov müqabilində həbsdən buraxılıb.
Hər üç tələbə Zəncan Universiteti rəhbərliyinin qadın öyrəncilərə qarşı əxlaqsız hərəkətlərinə etiraz olaraq nümayişlərin təşkilində günahlandırılır.

XS
SM
MD
LG