Accessibility links

Dmitri Medvedev Qərbə xəbərdarlıq verib


Rusiya prezidenti Dmitri Medvedev Qərbə Moskvaya qarşı sanksiyaların nəticə verməyəcəyi barədə xəbərdarlıq verib. Prezident deyib ki, hər bir potensial sanksiya qərbin özünə ziyan vuracaq. Medvedevin dedikləri qərbin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü gecikdirə biləcəyinə dair xəbərdarlıqdan sonraya və NATO-nun baş katibi Yap De Hup Şxefferin Gürcüstanın paytaxtına səfəri vaxtına təsadüf edir. NATO-nun baş katibi Yap De Hup Şxeffer Rusiyanı Avropanın vasitəçiliyi ilə əldə edilən sülh planının şərtlərinə əməl etməyə çağırıb. NATO-ya üzv ölkələrin 26 səfiri ilə Gürcüstanın paytaxtına səfər edən baş katib keçən ay Gürcüstana qarşı hücuma görə Moskvanı tənqid edib. O, alyansın Gürcüstanla əməkdaşlığını davam etdrəcəyini desə də, o ölkənin NATO-ya üzvlüyünə çalışılacağına dair heç nə deməyib. Gürcüstan prezidenti Mixail Saakaşvili NATO-nun nümayəndə heyətinin Tbilisiyə səfərini ölkəsinin tənha olmadığını göstərdiyini deyib.

XS
SM
MD
LG