İraq
rəsmilərinin sözlərinə görə, ABŞ müdafiə naziri Robert Geytsin səfər etdiyi
paytaxt Bağdad şəhərində 2 bomba partlayışı nəticəsində 12 nəfər həlak olub, 30
insan isə xəsarət alıb. Bu gün şəhərin mərkəzi hissəsində Karrada məhəlləsində
bir sıra ardıcıl bomba partlayışları həyata keçirilib. Buna baxmayaraq, cənab
Geyts keçən il İraqa göndərilən əlavə qüvvələrin geri çağırılmasının
təsirlərini müşahidə etmək üçün Bağdada gəlib. Bu qoşunların qayıdışı, İraqdakı
Birləşmiş Ştatlar qüvvələrini 25 faiz azaldır. Robert Geyts deyib ki,
qüvvələrin geri çağırılması ilə münaqişə yeni mərhələyə daxil olur. Onun səfəri
ABŞ-ın İraqdakı generalı Deyvid Petreasın hərbi komandanlığı Rey Odiernoya
təhvil verməsindən bir gün əvvələ təsadüf edir.