Accessibility links

Prezident Buş ABŞ iqtisadiyyatının sınaqlardan çıxa biləcəyinə inanır


ABŞ prezidenti Corc Buş deyib ki, o, Amerika iqtisadiyyatının maliyyə bazarlarında son ciddi problemlərdən çıxmaq üçün kifayət qədər davamlı olduğuna inanır. Prezident Buş amerikalıların iqtisadi durumdan narahat olduğunu bildiyini deyib. Onun sözlərinə görə, administrasiya ABŞ iqtisadiyyatında pozulmaların qarşısını almaq istiqamətində iş aparır. Prezident Buş deyib ki, maliyyə bazarının qarşılaşdığı problemlərin yaxın gələcəkdə göstərəcəyi mənfi təsirə baxmayaraq, o, uzun müddət üçün iqtisadiyyatın sınaqlara dözəcəyinə inanır. Prezident Buş həmçinin hökumət agentlikləri və bütün dünyada maliyyə qurumlarının bazarda sabitliyi təmin etmək üçün birgə işinə yüksək qiymət verib.

XS
SM
MD
LG