Accessibility links

ABŞ prezidentliyinə namizədlər islahatlar aparılacağına vəd verirlər


ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn federal nizamlayıcı qurumlarda islahatlar aparılacağına vəd veriblər. Amerikanın investisiya bankı “Lehman Brothers”in iflasını elan etməsindən sonra çıxış edən respublikaçı senator Con Makkeyn Floridada zamanla ayaqlaşmayan sistemin dəyişdiriləcəyinə vəd verib. Demokrat senator Barak Obama bu gün Kolorado ştatındakı çıxışı zamanı “Lehman Brothers” bankının iflasının 30-cu iilərin depressiyasından sonra Amerikada ən ciddi maliyyə böhranı olduğunu deyib. Obama buna görə hökumətin siyasətini kəskin tənqid edib.

XS
SM
MD
LG