Accessibility links

Ukraynanın hakim koalisiyasının dağıldığı elan edildi


Ukrayna parlamentinin sədri hakim koalisiyanın dağıldığını elan edib. Parlametin indi yeni koalisiyaya daxil olmaq və ya yeni seçkilərə getmək üçün 30 gün vaxtı qalır. Prezident Viktor Yuşenko ötən ay rəsmən baş nazirin xahişini rədd edərək koalisiyanı tərk etdi. Baş nazir Yuliya Timoşenkonun tərəfdarları prezidentin səlahiyyətlərini zəiflədən yeni qanunlar qəbul etmək istiqamətində müxalifətə qoşulduqdan sonra prezident erkən seçkilərin keçirilməsinə çağırıb.

Təhlilçilər hazırkı siyasi manevrləri 2010-cu ildə keçiriləcək prezident seçkilərinə hazırlıq kimi dəyərləndirirlər. Cənab Yuşenko və xanım Timoşenko 2004-cü ildə Narıncı İnqilab zamanı yaxın müttəfiq idilər. O vaxtdan bəri onların arasında ixtilaf baş vermiş, barışmış və sonra yenidən ayrılmışlar.

XS
SM
MD
LG