NATO-nun baş katibi Yap de Hup Şeffer Rusiyanın etirazına baxmayaraq, alyansın qapılarının Gürcüstan üçün geniş açıq olduğunu deyib. Cənab Yap de Hup Şeffer açıqlamanı bu gün, Tbilisiyə səfəri zamanı verib. O, alyansın genişlənməkdə davam edəcəyini deyib. NATO-nun baş katibi Gürcüstan paytaxtına dünən, NATO-nun 26 səfirindən ibarət nümayəndə heyəti ilə birlikdə gəlib. Cənab Şeffer Rusiaynın Gürcüstan ərazilərinə müdaxiləsini zorakılıq kimi qiymətləndirmiş və Avropanın Gürcüstanla əlaqədar sülh planını pozmaqda günahlandırmışdır. Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib ki, NATO nümayəndə heyətinin səfəri göstərir ki, Gürcüstan tənha deyil.