Çin
hökumətinin bildirdiyinə görə, BMT-nin İrana qarşı artan sanksiyaları ölkənin
nüvə proqramı ətrafındakı çıxılmaz vəziyyəti həll etməyəcək. Tehran Beynəlxalq
Atom Enerjisi Agentliyinə İranın nüvə fəaliyyətlərini araşdırmağa icazə verməməsindən
sonra ABŞ rəsmiləri bu ölkəyə qarşı yeni sanksiyaların mümkünlüyü məsələsini
qaldırıb. Fransa da bugün bildirib ki, yeni sanksiya qoyulmasına çağırır. Ancaq
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Yanq Yunun sözlərinə görə, məsələnin
həlli üçün agentlik və İran arasında
dialoqların keçirilməsi daha yaxşı üsuldur. Agentliyin yeni hesabatında deyilir
ki, İran uran zənginləşdirilməsini davam etdirir. Burada İranın nüvə silahı
hazırlamaq üçün lazımı uranı yaxın iki il ərzində zənginləşdirə biləcəyi
ehtimal olunur.