Accessibility links

Ehud Olmertlə Mahmud Abbas bu gün son dəfə danışıqlar aparır


İsrail baş naziri Ehud Olmert və Fələstin prezidenti Mahmud Abbas sülh danışıqları barədə müzakirələr keçirmək üçün bu gün görüşməyə planlaşdırırlar. Görüş cənab Olmertin Kadima Partiyasının yeni lideri seçməsindən bir gün əvvəl keçirilir. Qüdsdə baş tutacaq danışıqlar iki lider arasında son görüş olacaq. Cənab Olmert deyib ki, sabah partiyasının keçirəcəyi səsvermədən sonra istefa verəcək. Baş nazir cinayət istintaqının başladılmasına yol aça biləcək korrupsiya ittihamları ilə üzləşir. Cənab Olmert fələstinli həmkarı ilə keçən ilin noyabrında ABŞ-ın sponsorluğu ilə başladılan danışıqlardan sonra bir neçə dəfə görüşüb. Ancaq iki lider konfliktin həlledici məsələlərində razılaşa bilməyib. Buraya Qüdsün statusu, fələstinli qaçqınlar və gələcək Fələstin dövlətinin sərhədləri məsələsi daxildir.
XS
SM
MD
LG