Accessibility links

İran Talibanı silahlandırır?


Britaniya mətbuatı İranın Əfqanıstandakı Taliban yaraqlılarını silahlandırdığını idiia edir. Londonda dərc edilən "Telegraf" qəzeti Əfqanistanın cənub şərqində adının çəkilməsinin istəməyən bir Taliban komandirinə istinadən, koalisiya qüvvələrinə qarşı ən çox istifadə olunan "Əjdaha" adlı minaların İran tərəfindən göndərildiyini yazıb. Mənbənin bildirdiyinə görə, bu silahlar terorçuların NATO və ABŞ ordusına qarşı döyüş qabiliyyətini gücləndirib. Belə ki, İran istehsalı olan "Əjdəha" minaları adi minalardan fərqli olaraq, zirehli maşınları tamamilə məhv etmək gücünə malikdir.
İran xəbəri təkzib edir. Böyük Britaniyanın Kabildəki səfiri Şerard Koper-Kols isə daha əvvəl Əfqanistanın Cənub qərbində "İran dövlətindəki bir quruplaşma"ya aid olduğu ehtimal edilən şübhəli hərbi yük karvanının Britaniya qüvvələri tərəfindən saxlandığını açıqlayıb. Səfir İranın "təhlükəli oyunla" məşqul olduğunu deyib. "Mən İran höküməti içindəki başqa agentlikərin Əfqanistanın cənubuna çox təhlükəli silahlar gündərən agentliyin fəaliyyətindən xəbərsiz olduğuna şübhə edirəm" - deyə Şerard Koper-Kols vurğulayıb.

XS
SM
MD
LG