ABŞ
müdafiə naziri deyir ki, Amerika qüvvələri Əfqanlstanda hərbi hücumları zamanı
mülki vətəndaşların ölümünün qarşısını almağa daha çox çalışmalıdırlar. Bu gün
Kabildə danışan Robert Qeyts koalisiya qüvvələrinin hücumu zamanı son itkilərə
görə dərin təəssüf hissi keçirdiyi bildirib. O, ABŞ-ın mülki vətəndaşların
tələfatına yol verilməməsi üçün əlindən gələn hər bir şeyi etdiyini deyib.
Müdafiə naziri Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşüb. Qeyd edək ki,
cənab Karzai son həftələrdə ölən mülki vətəndaşların sayının çoxalmasını kəskin
tənqid edib. Keçən ay əfqan və NATO rəsmiləri deyib ki, ABŞ koalisiya hücumları
nəticəsində çoxu uşaq olmaqla 90 nəfər həlak olub.