ABŞ prezidentliyinə namizədlər respublikaçı Makkeyn və demokrat Obama bu gün böyük əhəmiyyət kəsb edən ştatlarda kampaniyalarını davam etdirir. Hər iki namizəd Amerikada dərin narahatlılqara səbəb olan iqtisadiyyatdan danışmalıdır. Con Makkeyn bu gün Ohayo, gün ərzində isə Miçiqanda vitse-prezidentliyə namziəd göstərdiyi Alyaska qurbernatoru Sara Peylinlə kampaniya aparır. Demokrat namizəd Braka Obama isə Nevada ştatındadır. Makkeyn dünən Ohayoda Obamanı tənqid edərək, onun amerikalıların çətinliyindən danışdığı halda, Hollivudda vəsait toplanışı mərasimində iştirak etdiyini deyib. Barbara Strayzendin də iştirak etdiyi həmin mərasimdə Obama kampaniyası və Demokratlar partiyasına 9 milyon dollar məbləğində vəsait toplanmalı idi. Kolorado ştatında isə Obama Makkeyni maliyyə böhranının araşdırılması üçün komissiya təşkilinə dair çağırışlarını tənqid edib. O deyib ki, bu problemin haradan qaynaqlandığı hamıya məlumdur. Ölkənin bu problemi həll edə biləcək bir liderə ehtiyacı var-deyə Barak Obama bildirib.