Accessibility links

İraqda bomba hücumları davam etməkdədir


İraqın təhlükəsizlik qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, Bağdadın qərbində iki maşına yerləşdirilmiş bomba partlayışları zamanı 8 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bombaların bir-birindən bir neçə dəqiqə fasilə ilə partladığı bildirilir. İraqda zorakılıqlar son dörd ildə ən aşağı səviyyədədir, lakin bazar günü baş verən üç bomba partlayışı nəticəsində 34 adam həlak olub.

Dünən ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandanlığı ABŞ hərbi qüvvələrinin sayının artırılmasına rəhbərlik etmiş və zorakılıqların azaldılmasına kömək etmiş general Deyvid Petreasdan general Rey Odiernoya keçdi.








XS
SM
MD
LG