"Azərbaycan çətin geosiyasi dilemma
qarşısındadır". Bunu Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz
institunun araşdırma proqramlarının direktoru Svante Kornell Vaşınqtonda
keçirilən "Avropa Birliyi-Mərkəzi Asiya təhlükəsizlik forumu" və
"Gürcüstan-Rusiya müharibəsinin Amerika üçün nəticələri" adlı konfranslarda
bəyan edib.
Cənab Kornell deyib ki, Azərbaycan
hökumətinin yürütdüyü balanslaşdırılmış siyasət indiki regional qarşıdurmanın
fonunda onun öz əleyhinə yönəlib. Belə ki, Bakı həssas seçimlə üz-üzə qalıb.
"Rusiya və Qərb arasında toqquşma
şəraitində Azərbaycanın mövqeyi zəif olur, çünki bu ölkə çoxtərəfli diplomatiya
şəraitində öz mövqeyini qəti şəkildə qoruya bilmir".
Ekspert deyib ki, "böyük güclərin"
adekvat olmayan rəqabətləri fonunda Bekı geosiyasi seçimini etməkdə çətinlik
çəkir, belə ki, bu ölkə nə Moskvaya tam güvənə bilir, nə də Qərbdən lazımi
təminatlar görməyib.
"İndi
top Qərbdədir. Əgər Amerika və Avropa ölkələri Azərbaycan kimi vacib dəhlizi
itirmək istəmirlərsə, ciddi hərəkətə keçməlidirlər", - deyə Svante Kornell
vurğulayıb.