Accessibility links

Sinan Oğan: “Qərb Ermənistanı Nabukko layihəsinə qoşmaq istəyir”


"Qərb Ermənistanı Nabukko layihəsinə qoşmaq istəyir". Bunu "Amerikanın səsi" radiosunda keçirilən dəyirmi masada Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan bildirib.
Ekspert deyib ki, bu məsələ ABŞ viste-prezidentinin regiona səfəri zamanı gündəmə gəlib və Türkiyə ilə Ermənistan arasında son günlər aparılan yüksək səviyyəli təmasların başlıca mövzusudur.
"Nabukkonun Ermənistandan keçməsi ilə bağlı ciddi planlar mövcuddur. Bu mövzu əvvəllər də gündəmdə olub. Amma Türkiyə və Azərbaycanın Ermənistanla problemləri buna imkan vermirdi. İndi isə Ermənistanın bu layihəyə qoşulması realdır. Çünki qaz kəməri Gürcüstan üzərindən keçəndə Qərb bu ölkəyə daha çox diqqət göstərmək məcburiyyətində qalır və bu da Rusiyanı qıcıqlandırır. Ermənistan isə həm Rusiya, həm də Qərb üçün qəbul olunandır", - deyə ekspert vurğulayıb.
Sinan Oğan deyib ki, Nabukkonun Ermənistandan keçməsi Ankara ilə Yerevan arasında əməkdaşlıq barədə danışıqların şərtlərindən biridir.

XS
SM
MD
LG