Accessibility links

Qlobal maliyyə bazarının dağılması aparıcı bankları səylərini birləşdirməyə məcbur edib


Qlobal maliyyə bazarının dağılması ilə bağlı qorxular aparıcı bankları səylərini birləşdirməyə vadar edib. ABŞ Federal Ehtiyatlar Fondunun rəhbərliyi altında banklar dünya maliyyə bazarlarına yüz milyardlarla dollar pul axıdacaqlarını deyirlər. Onlar ümid edirlər ki, bu cür addım investorların etimadını gücləndirəcək və bizneslərə yardım edəcək. Rəsmilıər həmçinin ümid edirlər ki, əlavə nağd pulun iqtisadiyyata daxil olması bankarı bir-birinə kredit verməyə sövq edəcək. Bu kreditlər verilmədən iqtisadiyyat tənəzzülə uğraya bilər. Nağd pulun bazara daxil olması investorları müəyyən dərəcədə arxayın edib. Bu gün Avropa səhm indeksləri qalxmış və artım habelə Amerika birjalarında qeydə alınmışdır.

XS
SM
MD
LG