ATƏT bildirir ki, Rusiya ilə Gürcüstana əlavə monitorlar göndərmək haqda danışıqlar fikir ayrılıqları üzündən dayandırılıb. ATƏT bu gün açıqladığı bəyanatda Gürcüstanın separatçı regionlarına buraxılmadığını bildirib. Bu səbəbdən də o, danışıqların davam etidirlməsini lüzumsuz hesab edir. ATƏT ötən ay Cənubi Osetiya və Abxaziya yaxınlığında 20 nəfər müşahidəçi yerləşdirdi. Müzakirəçilər əlavə 80 monitorun əraziyı gətirilməsi üçün danışıqlar aparırdılar. Qərbin sərt etirazlarına baxmayaraq Rusiya separatçı əraziləri müstəqil dövlət kimi tanıyıb. Eləcə də bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov parlamentə bildirib ki, Qərb hökumətləri Gürcüstana dəstəklərini geri götürməlidirlər.