Pakistan bildirir ki, Vaşinqton şübhəli raket hücumları barədə heç bir xəbərdarlıq vermədən hücuma keçib. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi ordu rəsmilərinin ölkənin suverenliyinin müdafiə ediləcəyinə dair vədlərinin, onun sözləri ilə, Amerika tərəfinin təsisatlararası bağlantıya ehtiram göstərmədiyinə işarə olduğunu deyib. Nazir bu kimi beynəlxalq hərbi müdaxilələrin Pakistan və ABŞ arasında əməkdaşlığa zərbə endirdiyini deyib. Pakistan rəsmilərinin dediyinə görə, Amerikanın ekipajsız təyyarəsi Əfqanıstanla sərhəd cənubi Vəziristan vilayətini raket atəşinə tutub. Amerika isə buna heç bir izahat vermir.