Accessibility links

İqtisadi böhran ABŞ prezident seçki kampaniyasının diqqət mərkəzində qalır


ABŞ prezidentliyinə namizədlər Con Makkeyn və Barak Obama bu gün kampaniya zamanı ölkəni iqtisadi böhrandan çıxarmaq üçün detallı təkliflərini açıqlayıblar. Respublikaçı namizəd Con Makkeyn öz təkliflərini Viskonsin ştatında kampaniya zamanı açıqlayıb. Arizona ştatından senator borcu olan maliyyyə təsisatlarını böhrandan çıxarmaq üçün hökumətdə struktur yaradılmasını təklif edib. O, ABŞ-ın investeisiya sektoruna nəzarət edən Səhmlər və Mübadlə komissiyasını kəskin tənqid edib və agentliyin sədri Kristofer Koksun vəzifədən çıxarılmasına çağırıb.

Demokrat namizəd Barak Obama isə Con Makkeyn açıqlamalarına cavab olaraq deyib ki, təkcə bir nəfəri deyil, bütlüklə Buş administrasiyası işdən çıxarmaq lazımdır. İllinoyş ştatından senator öz planını Florida ştatında kampaniya zamanı açıqlayıb.

XS
SM
MD
LG