Accessibility links

ABŞ hökuməti iqtisadi böhranın həllinə çalışır


ABŞ prezidenti Corc Buş hökumətinin iqtisadi vəziyyətin bu mühüm mərhələsində misilsiz ölçülər götürdüyünü deyib. Ağ Evdə ABŞ-ın yüksək səlahiyyətli maliyyə rəsmiləri ilə birgə dayanan prezident bildirib ki, maliiyə böhranı etimadların itirilməsinə yol açmaqla yanaşı, maliiyə sistemlərinin dondurulmasına səbəb olub. Corc Buş qanunvericiləri hansı partiyaya məxsus olduqlarından asılı olmayaraq, xilas planının təcili şəkildə təsdiqinə çağırıb. Maliyyə naziri Henri Polsonun təklif etdiyi bu plana əsasən hökumət böyük borcları ödəməlidir. Polson qanunvericilərlə birgə işləməklə, bu layihənin qanuna çevriləcəyinə vəd verib. O, Konresin planı gələn həftə təsdiq edəcəyinə ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG