Accessibility links

V.Putin: "Rusiya Cənubi Osetiya və Abxaziyanın qərarlarına əsasən hərəkət edəcək"


Rusiya baş naziri Vladimir Putin deyir ki, Rusiyanın nə qədər qoşunun Gürcüstanın separatçı regionlarında qalmasına Cənubi Osetiya və Abxaziya qərar verməlidir. Rusiya xəbər agentlikləri bu gün baş nazirə istinadən bildirib ki, qərar beynəlxalq qanunlara və Moskva ilə bu regionlar arasında olan razılaşmalar əsasən qəbul ediləcək. Cənab Putin fikrini ifadə edərkən bu regionları “ölkə” adlanırıb. Qərbin kəskin etirazlarına baxmayaraq, Rusiya Cənubi Osetiya və Abxaziyanı rəsmən müstəqil dövlət kimi tanıyıb və onlarla diplomatik əlaqələr qurub. Rusiya keçən ay Gürcüstana tanklarını və qoşunlarını göndərərək beynəlxalq ittihamlara məruz qalmışdı.

XS
SM
MD
LG