Pakistanın
polisinin bildirdiyinə görə, paytaxt İslamabadda mehmanxanada baş verən güclü
partlayış zamanı 40 nəfər həlak olub, onlarla insansa yaralanıb.
Partlayıcılarla dolu maşın yerli vaxtla
axşam saat 8 radələrində Marriot otelin qüclü mühafizə olunan darvazasından
içəri daxil olub. Rəsmilər ölənlərin sayının artacağını istisna etmirlər.
Partlayış baş verən zaman binanın içərisində 100-dən çox insan olub. Bu arada
Pakistan ordu rəsmiləri deyir ki, intiharçının hərbi Konvoya hücumu zamanı azı
6 nəfər həlak olub. Şəhər meri Murad Xan deyir ki, hücuma məruz qalarkən Mir
Əli şəhəri yaxınlığında olan konvoy Şimali Vəziristan ucqar regionunun mərkəzi
şəhəri Miran Şaha gedirdi. Xan deyir ki, 3 əsgər və 1-i uşaq olmaqla 3 mülki
vətəndaş partlayış zamanı dünyasını dəyişib. Ən azı 5 əsgər isə yaralanıb.Hücumun
məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.