Pakistan
baş
naziri Yusif Rza
Gilani ictimaiyyətə müraciət edərək dünən baş verən və 60 nəfərin həyatına son
qoyan intiharçı hücumunda məsuliyyət daşıyanların tapılmasına yardımlarını
əsirgəməməyə çağırıb. Baş nazir xalqı
Pakistanın demokratiyası və iqtisadiyyatının stabiliyyini pozmağa çalışan “Qara
qoyunu” izolyasiya etməyə səsləyib. Rəsmilər Mariot mehmanxanasını yerlə yeksan
etmiş intiharçı hücumunu hazırlayanlar barədə məlumat verənlərə 130 min dollar
təklif edir. Otelin təhlükəsizlik kamerası göstərir ki, hücumçu partlayıcılarla
dolu maşını mehmanxananın giriş qapısından içəri sürməyə çalışır və əsas
partlayış baş verməmişdən öncə yanğın meydana gəlib. İntiharçı baryeri keçə
bilmir və videoda mühafizəçinin yanğını
söndürməyə çalışdığı görünür.