Accessibility links

İraqda zorakılıqlar davam edir


İraqın təhlükəsizlik rəsmiləri bu gün ölkə boyu yaraqlılar tərəfindən 7 adamın öldürüldüyünü bildirib. Paytaxt Bağdadda silahlı şəxslər İraqın Daxili İşlər Nazirliyinin biriqada generalı Adil Abbası və onun sürücüsünü qətlə yetirib. Digər hücum intiharçı tərəfindən həyata keçirilib. Kərkük şəhərinin şimal bölgəsində baş verən partlayış 2 adamın ölümü, 23 nəfərin yaralanması ilə nəticələnib. Polisin məlumatında yolkənarı bomba partlayışı səbəbi ilə Diyala vilayətində 3 adam ölüb, 6 nəfər yaralanıb.

XS
SM
MD
LG