Accessibility links

Tehranda 4 azərbaycanlı jurnalist həbs edildi


Mərkəzi Parisdə yerləşən jurnalistlərin müdafiəsi üzrə nüfuzlu beynəlxalq qurum - Sərhədsiz Reportyorlar Təşkilatı Tehranda həbs olunan azərbaycanlı jurnalistlərlə bağlı bəyanat yayıb.
Məlumatda bildirilir ki, son günlər İranın təhlükəsizlik qüvvələri tərəfindən həb olunan 20 nəfər arasında 4 jurnalist “Dilmac” jurnalının baş yazarı Əlirza Sərrafi, “Ədəbi yaşamaq” dərgisinin baş redaktoru Səid Məhəmmədi, “Yarpaq” və “Varlıq” Jurnallarının yazarları Həsən Raşidi və jurnalist Əkbər Azad da olub.
Məhbusların harada saxlanıldığı barədə məlumat verilmir. Lakin yaxınları onların Evin həbsxanasınra saxlanıldlqlarını güman edirlər.
Xəbərə görə, təhlükəsizlik qüvvələri jurnalistlərin evində axtarış aparıb. Və bu zaman onların ailə üzvlərinə də təzyiqlər göstərilib.
Sərhədsiz Reportyorlar Təşkilatı baş verənlərdən narahatlığını bildirir.

XS
SM
MD
LG