Accessibility links

Türkiyə və Ermənistan prezidentləri bu həftə yenidən görüşəcək


Türkiyə prezidenti bu həftə yenidən Ermənistanlı həmkarı ilə görüşəcək. “Amerikanın səsi”nin məlumatına görə, Abdulla Gül və Serj Sərkisyan Nyu Yorkda BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində bir araya gələcəklər.
Türkiyə prezidentini səfərdə müşayiət edən xarici işlər naziri Əli Babacanın isə bu həftə ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə BMT-nin iqamətgahında görüşlər keçirəcəyi gözlənilir.
Üçtərəfli danışıqların cümə axşamı baş tutacağı söylənir. Bu barədə məlumatı “Ameirkanın səsi”nə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özərgin verib.
O deyib ki, Türkiyə qonşu Gürcüstanda həyatın normallaşmasına çalışır və Ankara hesab edir ki, Qafqazlarda baş vermiş son münaqişədən sonra regionun problemlərinə yenidən baxılmasına ehtiyac var. Dünən isə Əli Babacan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla qeyri rəsmi danışıqlar aparıb.
Türkiyə 2009 - 2010 –cu illər üzrə BMT Təhlükəsizlik Şurasına üzvlüyə namizəddir.

XS
SM
MD
LG