Accessibility links

ABŞ, Rusiya və İran


Müşahidəçilər bu gərginliyin İranın nüvə proqramı təhlükəsi ilə mübarizəyə zərbə vuracağını düşünür. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü - Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ İrana qarşı artıq 3 sanksiya paketinin tətbiqinə dair qətnamə qəbul edib. Bu ölçülərə İranın nüvə fəlaiyyətlərini dayandırmaqdan boyuq qaçırması ilə əl atılıb. İranın BMT-nin Təhlükəslzik Şurasının beş daimi üzvü və Almaniyanın həvəsləndirici təkliflər paketinə aydın cavab verməməsi ilə dördüncü sanksiyalar təklifi irəli sürülüb.

ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İranın nüvə silahları istehsalı üçün lazım olan texnologiyanın əldə edilməsindən çəkindirmək fəlaiyyətlərində Rusiyanın iştirakı onun öz mənafetyinə xidmət edir: “Rusiyanın marağında olduğu Yaxın Şərqdə sabitlik, Rusiya, ABŞ, Avropa ittifaqı və BMT-nin daxil olduğu bir kvartet kimi müştərək fəaliyyətlərin dəyişikliyə yol açacaq Yaxın Şərq İranın nüvə silahı ilə bizim istədiyimiz yaxın Şərq olmayacaq. Məhz buna görə Təhlükəsizlik Şurasının qətnamələrinin şərtlərinə əməl etməyən İranın dayandırılması səylərində Rusiya iştirak etməlidir.”

ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, Rusiya və Amerika Birləşmiş Ştatlarının İranla bağlı tərəfdaşlığının maraqları Amerika xatirinə görülən bir iş deyil.

XS
SM
MD
LG