Accessibility links

ABŞ-ın Polşada raketlərdən müdafiə sistemi


Amerika Birləşmiş Ştatları ilə Polşa ballistik raketlərdən müdafiə sisteminin Polşada yerləşdirilməsinə dair razılıq əldə edib. Razılıq avqust ayının 20-i Varşavada ABŞ dövlət katibi Kondoliza Rays və Polşanın xarici işlər naziri Radoslav Sikorski tərəfindən imzalanıb. İmzalama mərasimində Polşa prezidenti Lex Kaçinski və baş nazir Donald Tusk iştirak ediblər.
Razılıq Amerika, Polşa və NATO-ya üzv bütün ölkələrin uzunmənzilli və kütləvi qırğın potensialına malik olan ballistik raket təhlükəsindən müdafiəsi üçün əhəmiyyətli addım hesab edilir. Polşada yerləşdiriləcək rakettutan qurğu Avropa və Amerika Birləşmiş Ştatlarını Yaxın Şərqdən atıla bilən raketlərdən müdafiə edəcək. Sistem həm də Amerikanın Avropa və ABŞ-dakı müdafiə obyektləri ilə birləşdiriləcək. Razılıq NATO-nun kollektiv təhlükəsizliyinə xidmət etməklə yanaşı, NATO-nun raketlərdən müdafiə sahəsindəki gələcək prinsiplərinin ayrılmaz hissəsi olacaq. Polşa və Amerika Birləşmiş Ştatları razılığın imzalanmasından sonra iki ölkə arasında strateji əməkdaşlığa dair deklarasiya əldə ediblər. Sənəd Polşa və Amerikanın Polşa ərazisində təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək. Deklarasiyada Polşa ilə Amerika arasında siyasi və hərbi əməkdaşlıq, məlumat mübadiləsi, müdafiə sənayesi, habelə araşdırma və texnoloji sahələrdə əməkdaşlığı nəzərdə tutur. 2009-cu ildən başlayaraq, Amerika hava və müdafiə qurğularını Polşada yerləşdirəcək. Bundan başqa Polşaya silahlı qüvvələrin müasirləşdirilməsi sahəsində yardım göstəriləcək. Strateji əməkdaşlığa dair deklarasiyada deyilir ki, ABŞ və Polşa xalqları tarixi bağlılıq, demokratiya öhdəlikləri, sıx müdafiə münasibətləri və ortaq təhlükəyə müvavimət göstərilməsi kimi dəyərləri bölüşür.

XS
SM
MD
LG