Accessibility links

ABŞ vertolyotlarının Pakistanda vurulması barədə xəbəri təkzib edib


Birləşmiş Ştatların hərbi qüvvələri Pakistan əsgərlərinin ABŞ-ın iki vertolyotunu Pakistanın hava hövzəsini pozduğuna görə vurub saldığı haqda məlumatları təkzib edib. Leytenant Natan Perri bu gün Amerikanın Səsinə bildirib ki, ABŞ-ın vertolyotları Pakistanın hava hövzəsinə daxil olmayıb və sərhəd bölgəsində Pakistan ərazisinin pozulmasına gətirib çıxaran heç bir əməliyyat aparılmayıb. Pakistanın qəbilələrin yaşadığı bölgələrin yerli rəsmiləri bildiriblər ki, insident bazar günü vertolyotlar Şimali Vəzirisitan vilayətinin sərhəddini keçən zaman baş verib. Pakistan ordusu hələlik insidentlə bağlı açıqlama verməyib.



XS
SM
MD
LG