Accessibility links

Abdulla Gül Türkiyənin regional münaqişələrin nizamlanmasında vasitəçilik rolunu önə çəkib


Türkiyə prezidenti Abdulla Gül BMT Baş Assambelyasından gələn il Təhlükəsizlik Şurasında ona qeyri-daimi üzvlük verməsini istəyib. Cənab Gül bu gün Nyu Yorkda assambleyanın sessiyasında çıxışı zamanı deyib ki, artıq 50 ilə yaxındır Türkiyə şurada təmsil olunub.

Abdulla Gül ölkəsinin siyasi və iqtisadi, sosial və mədəni xüsusiyyətlərinin şuranın işinə yardım edə biləcəyi fikrini irəli sürüb. Türkiyə lideri Ankaranın regional və qlobal əhəmiyyətini vurğulayaraq, təklif etdiyi Qafqazda Sabitlik və Əməkdaşlıq platformasından Rusiya və Gürcüstan arasında münaqişə kimi məsələlərin həllində istifadə edilə biləcəyini bildirib.

Abdulla Gül deyib ki, Türkiyənin mövqeyi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərə bilər. Onun sözlərinə gerə, belə nizamlamalar ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanmalıdır.

XS
SM
MD
LG