Accessibility links

Konqres maliyyə böhranı ilə mübarizəyə çağrılır


ABŞ-ın Mərkəzi Bankının direktoru deyib ki, maliyyə böhranı ilə mübarizə aparmaq üçün Konqresin dərhal fəaliyyət göstərməsi lazımdır. Bankın direktoru Ben Bernanke bu açıqlamarlı Senatın Banklarla iş üzrə Komitəsində dinləmələrdən öncə verib. Komitə üzvləri həmçinin ABŞ-ın maliyyə naziri Henri Polsonun çıxışını dinləyəcəklər. Henri Polson Konqresin hökumətin maliyyə şirkətlərinə yardım planını gecikmədən təsdiq etməli olduğunu deyib. Nazir hökumətin böhranlı vəziyyətdə olan maliyyə şirkətləri üçün 700 milyard dollarlıq xilas paketinin hazırlanmasında əsas rol oynayıb. ABŞ hökumətinin yardım planı belə görünür, qlobal investorlarda inamı möhkmlədə bilməyib.

XS
SM
MD
LG