Accessibility links

Pakistanda son 2 gündə 60 yaraqlı öldürülüb


Pakistan əsgərləri son iki gündə ölkənin şimal-qərbində döyüşlər zamanı 60 yaraqlını öldürüb. Rəsmilər deyir ki, dünən Dara Adam Xan regionunun Peşəvər vilayəti yaxınlığında gedən döyüşlər zamanı 50 yaraqlı və bir əsgər həlak olub. Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu gün Əfqanıstanla sərhəd Bajaur ərazisində daha 10 yaraqlı öldürülüb. Rəsmilər deyib ki, bu döyüşlər regionda Əl-Qaidəyə bağlı yaraqlılara qarşı davam edən hərbi hücumların bir hissəsidir. Keçən ay əməliyyatlar başlayandan bəri, Pakistan ordusu 700-dən çox yaraqlını öldürdüyünü bildirib. Bu gün BMT qaçqınlar agentliyi bu döyüşlər səbəbilə evlərindən didərgin düşən 200 min insana kömək üçün 17 milyon dollarlıq yardım ayrılmasına çağırıb.

XS
SM
MD
LG