Accessibility links

Barak Obama ilk dəfə Respublikaçı rəqibi Con Makkeyndən irəlidədir


Bu gün açıqlanmış yeni rəy sorğuları ABŞ prezidentliyinə Demokrat namizəd Barak Obamanın ilk dəfə Respublikaçı rəqibi Con Makkeyndən aydın şəkildə irəlidə olduğunu göstərib. Vaşinqton Post qəzeti və ABC Nyusun keçirdiyi sorğuya əsasən, Barak Obama 52, Con Makkeynsə 43% dəstəyə malikdir. Onlar arasında fərq iki həftə bundan öncə Con Makkeyn Respublikaçılar partiyasının qurultayında rəsmən prezidentliyə nominasiya olduqdan sonra olduqca kiçik idi. Vaşinqton Post Obamaya dəstəyin seçicilərin hazırda ABŞ-ın maliyyə sektorunda böhranla əlaqədar narahatlıqlarına görə artdığını bildirir. Rəy sorğularında iqtisadi məsələlərin həllində Obamaya Makkeyndən daha çox üstünlük verilib.

XS
SM
MD
LG