Accessibility links

İraq polisi yenidən hücuma məruz qalıb


Diyala vilayətində həyata keçirilən hücum zamanı çoxu polis olmaqla, ölənlərin sayının 35 nəfərə çatdığı bildirilir. Dünən polis işçiləri və Əl-Qaidəyə qarşı mübarizə aparan bir qrup pusquya salınaraq, hücuma məruz qalmışdı. Bu arada Birləşmiş Ştatlar hərbi qüvvələri Diyala vilayətində intiharçı hücumunun bir Amerika əsgərinin ölümünə səbəb olduğunu bildirirlər.

Dünən eləcə də, İraq qanunvericiləri seçkilərin vaxtını yanvar ayının 31-nə keçirərək, vilayət seçkiləri haqda qanun layihəsini təsdiq etdilər. Bilrəşmiş Ştatlar prezident Corc Buş və BMT-nin baş katibi Ban Gi Mun qanun layihəsinin təsdiqini yüksək qiymətləndirərək, bunun İraqdakı siyası proseslərə müsbət təsir göstərəcəyini demişlər.

XS
SM
MD
LG