Accessibility links

ABŞ prezidentliyinə namizədlər əsas diqqəti iqtisadi məsələlərə yönəldiblər


ABŞ prezidentliyinə namizədlər Con Makkeyn və Barak Obama bu gün çıxışlarında əsas diqqəti yenə də iqtisadi məsələlərə yönəldiblər. Prezidentliyə respublikaçı namizəd Con Makkeyn Nyu Yorkda çıxışı zamanı deyib ki, ABŞ-da maliyyə böhranı Birləşmşi Ştatlar və digər ölkələr üçün ciddi nəticələr verə bilər. Con Makkeyn bu çıxışını Vaşinqtona qayıdıb əsas diqqəti böhrana yönəltmək üçün kampaniyanı dayandırdıqdan bir gün sonra edib. Arizona ştatından senator Respublikaçıları və Demokratları böhranı firqəçiliyə yol vermədən həll etməyə və Konqresi tez zamanda fəaliyyət göstərməyə çağırıb.

Prezidentliyə demokrat namizəd Barak Obama deyib ki, hökumətin maliyyə qurumarlarını xilas planı ölkəni bu vəziyyətə gətirən Uol Stritin icraedici direktorlarına köməyi nəzərdə tutmamalıdır. O deyib ki, respublikaçılar və demokratların bir araya gəlməsinin vaxtıdır. Hər iki namizəd bu gün Ağ Evdə iqtisadi məsələlərin müzakirəsinə həsr olunmuş iclasda iştirak edib.

XS
SM
MD
LG