Accessibility links

BMT-nin Baş Assambleyası işini davam etdirir


Britaniyanın baş naziri Qordon Braun və fələstinlilərin prezidenti Mahmud Abbas bu gün Nyu Yorkda keçirilən BMT-nin Baş Assambleyasında çıxış edəcəklər. Bu gün Baş Assambleyada eləcə də Hindistanın baş naziri Manmohan Sinqhin və Banqladeş, Haiti və Nikaraqua liderlərinin çıxışları gözlənilir.

Qeyd edək ki, Baş Assambleyanın hər il keçirdiyi yığıncaq dünya liderlərinə ölkələrində baş verən narahatlıqlardan və əldə edilən nailiyyətlərdən BMT nümayəndələri ilə bölüşməyə imkan yaradır. Builki yığıncaqda isə diqqət əsasən beynəlxalq terrorizmə, qlobal maliyyə böhranına və iqlim dəyişikliyinə yönəlmişdir. Dünən Küveytin baş naziri Şeyx Naser Əl-Məhəmməd ƏL-Əhməd ƏL-Sabah son zamanlar yanacaq qiymətlərinin qaldırılmasının məqsədə uğyun olmadığını bildirmişdir.

XS
SM
MD
LG