Accessibility links

Nyu-Yorkda üçtərəfli danışıqlar keçirildi


Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü Nyu-york vaxtı ilə günorta saat 1 radələrində yekunlaşıb. Görüş BMT Baş Assambleyası yaxınlığındakı “Millenium” otelində keçirilib və danışıqlar təxminən bir saat davam edib. Bundan əvvəl isə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əli Babacan və Edvard Nalbandyan təkbətək görüş keçirib. Sonra isə Elmar Məmmədyarov da digər iki həmkarına qatılıb. Görüşdən sonra nazirlər qısa açıqlama verərək bildiriblər ki, onlar bu formatda dialoqların davam etdirilməsində maraqlıdırlar. Türkiyənin xarici işlər naziri Əli Babacan növbəti görüşlərin olacağını bildirib. Buna baxmayaraq danışıqların mahiyyəti və müzakirə edilən dəqiq təkliflər haqqında heç bir məlumat verilməyib. Ancaq Ermənistanın xarici işlər naziri bildirib ki, həm Azərbaycan-Ermənistan münaqişəsi, həm də Ermənistan-Türkiyə münasibətlərinin birgə müzakirə olunmasında maraqlıdırlar və bu istiqamətdə də danaşıqlar aparılıb. Onun sözlərinə görə, yaxın bir neçə gün ərzində dəyişikliklər baş verə bilər. Ancaq nazir konkret nədən söhbət getdiyini bildirməyib. “Bu formatda dialoqlar münaqişənin həlli istiqamətində daha ətraflı imkanlar verir”-deyə o bildirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da nikbin olduğunu və növbəti görüşlərdən sonra bu formatda danışıqlarının əhəmiyyətinin olub-olamaması barədə dəqiq söz deməyin mümkün olacağını dilə gətirib.

Görüşdən öncə Minsk qrupunun həmsədrləri də danışıqların keçiriləci ünvanda olsalar da, dialoqlara qatılmayıblar. ABŞ-dan olan həmsədr “Amerikanın səsi”nə bildirib ki, görüşün baş tutması həmsədrləri sevindirir, ancaq bugünkü görüşdə onların birbaşa iştirak gözlənilmir. “Əvvəldən Azərbaycan və Ermənistan nazirlərinin görüşdürmək mümkünlüyü haqqında müzakirələr aparmışıq və şadıq ki, belə bir görüş baş tutub”-deyə amerikalı həmsədr bildirib.

XS
SM
MD
LG