ABŞ
prezidentliyinə namizədlər Demokrat Barak Obama və Respublikaçı Con Makkeyn noyabr
seçkilərindən öncə ilk debatlarında xarici siyasət və iqtisadiyyatı müzakirə
ediblər. Xarici siyasətə gəldikdə
Makkeyn İraqda hərbi uğurları qeyd etmiş, Obama isə İraqa hərbi müdaxiləni
tənqid edərək, əvəzində Əfqanıstana daha çox diqqət yetirilməsinin vacibliyini
vurğulamışdır. Missisipinin Oksford şəhərində keçirilən debatda senatorlar
razılaşıblar ki, nüvə silahı əldə edərsə Tehran İsrail üçün iri təhlükə mənbəyi
olacaq. Lakin Makkeyn İrana qarşı daha sərt sanksiyalara çağırdığı halda, Obama
birbaşa diplomatiyanın tərəfdarı olduğunu deyib. ABŞ maliyyə böhranına gəldikdə namizədlər hökumətin xilas planını
ümumilikdə dəstəkləmiş, amma iqtisadiyyatı dirçəltmək yönümündə bir-birindən
fərqlənmişlər.